Pensiya təyin edilərkən iş stajı necə hesablanır? – CAVAB
    • 3-09-2024, 10:12
    • 11 725

Pensiya təyin edilərkən iş stajı necə hesablanır? – CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu pensiyanın təyin edilməsi ilə bağlıdır.

Maraqlıdır, pensiya təyin edilərkən iş stajı necə hesablanır?

Lent.az xəbər verir ki, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 61-80 və 31-60 faiz pozulmasına görə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.