-
- 14-10-2024, 19:00
- 610
Şirniyyat sevgisi depressiyaya səbəb ola bilər - ARAŞDIRMA
İngiltərədə aparılan yeni bir araşdırma, şirniyyat sevgisi olanların psixi sağlamlığının təhlükə altında olduğunu ortaya qoyub.
News24.az xəbər verir ki, Journal of Translational Medicine jurnalında nəşr olunan araşdırmada İngiltərə Biobankından alınan 180 min adamın sağlamlıq və qidalanma məlumatları araşdırılıb.
Tədqiqat qrupu süni intellektdən istifadə edərək iştirakçıları üç əsas qrupa ayırıb: daha çox meyvə və tərəvəz yeyənlər, hər cür qidadan istifadə edənlər və daha çox şəkərli qidalara üz tutanlar.
İştirakçıların qan nümunələri üzərində aparılan analizlərdə 2923 zülal və 168 metabolitin orqanizmə təsiri araşdırılıb.
Nəticələrə görə, şəkərli qidalardan istifadə edənlərdə depressiya riski sağlam qidalananlara nisbətən 31 faiz daha yüksək olub. Bu qrupun diabet və ürək xəstəliyi riski də əhəmiyyətli dərəcədə yüksək olarkən, bütün növ qidaları istehlak edən iştirakçıların sağlamlıq riskləri orta səviyyədə idi.
Tədqiqatın rəhbəri Nophar Geifman, tapıntıların xüsusilə işlənmiş şəkərin psixi sağlamlığa mənfi təsirlərini vurğuladığına diqqət çəkib.
"Emal edilmiş şəkər bir çox insanın qida rasionunda mühüm yer tutur. Bu nəticələr bir daha sübut edir ki, biz nə yediyimizə daha şüurlu olmalıyıq", - Geifman deyib.
Məryəm İlhamqızı