Hamı eyni səhvi edir: Yalnız bu 3 yeri sabunlayın
    • 14-10-2024, 11:03
    • 1 338

Hamı eyni səhvi edir: Yalnız bu 3 yeri sabunlayın

Bədən gigiyenasına riayət etmək sağlamlığınız üçün çox vacibdir və bunu mütəmadi olaraq etməlisiniz. Hamamda bədəni təmizləyərkən ən çox istifadə edilən məhsullardan biri də sabundur. Bununla belə, dermatoloqlar sabunla yalnız üç sahənin təmizlənməsini tövsiyə edir.

News24.az xəbər verir ki, dərinin təbii baryerini qorumaq üçün sabunun həddindən artıq istifadəsindən qaçınmalısınız. Toronto Universitetində dermatologiya sahəsində aparılan araşdırmalar, sabunun həddindən artıq istifadəsinin bəzi dəri problemlərini səbəb ola biləcəyini açıqlayıb. Araşdırmalar sabunla təmizlənməli olan yerləri qoltuqaltı, qasıq nahiyəsi və ayaqlar kimi sıralayıb.

Bu ərazilər tər və bakteriyaların ən çox toplandığı yerlərdir və müntəzəm təmizlik gigiyena baxımından böyük əhəmiyyət kəsb edir. Dermatoloqlar bu üç bölgəni sabunla təmizləməyi tövsiyə edərkən, bədənin qalan hissəsinin təbii yağ balansını qoruyaraq həddindən artıq sabun istifadəsindən qaçınmaq lazım olduğunu vurğulayırlar.

Qeyd edək ki, uzun illər aparılan araşdırmalar, hər gün başdan ayağa sabunla yuyulma vərdişi olan insanların ekzema kimi dəri problemlərinin inkişaf riskinin daha yüksək olduğunu ortaya qoyub

Eyni zamanda, bəzi insanlar üçün müəyyən sabun növləri dəri qıcıqlanmasına səbəb ola bilər. Xüsusilə, ətirli və ya kimyəvi tərkibli sabunlar həssas dəridə allergik reaksiyalara səbəb ola bilər. Təbii tərkibli, paraben və sulfatsız sabunların seçilməsi dəri sağlamlığını qorumağa kömək edə bilər. Dərinizdə hər hansı bir problem yaşayırsınızsa, bir dermatoloqdan məsləhət almaq yaxşı bir fikir ola bilər.

Günel Məlikzadə