Aİ İran aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq etdi
    • 14-10-2024, 23:14
    • 409

Aİ İran aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq etdi

Avropa İttifaqı (Aİ) İranda bəzi şəxslərə və təşkilatlara, o cümlədən hava yolları şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

News24.az xəbər verir ki, Aİ İrandan Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) təhvil verilməsinə, Yaxın Şərq və Qırmızı dəniz bölgəsindəki silahlı qrup və birləşmələrə raket və ya PUA-ların tədarükünə cavabdeh olan şəxslərə və təşkilatlara qarşı yeni sanksiyalar elan edib.

Müvafiq olaraq, İranın 3 aviaşirkəti, Saha Airlines, Mahan Air və Iran Air və iki təchizat şirkəti sanksiya siyahısına daxil edilib.

Aİ-nin sanksiya rejiminə səyahət qadağaları, fiziki şəxslərə və ya təşkilatlara məxsus aktivlərin dondurulması və onlara resursların ötürülməsinin qadağan edilməsi də daxildir.

Qeyd edək ki, Aİ, İranın 13 apreldə İsrailə hücumu səbəbiylə 14 may tarixindən etibarən Ukraynadakı müharibədə Rusiyaya dəstək verməsi səbəbiylə İrana qarşı tətbiq etdiyi sanksiyaların əhatəsini genişləndirmişdi.

Günel Məlikzadə