Toyuğun ən zərərli hissələri bunlardır - bütün bakteriyalar...
    • 14-10-2024, 17:18
    • 1 304

Toyuğun ən zərərli hissələri bunlardır - bütün bakteriyalar...

Toyuq bu gün ən çox seçilən ət növləri arasında olsa da, bir çox istehlakçı bu heyvanın hər hissəsinin yeyilməməsi lazım olduğunu bilmir.

News24.az xəbər verir ki, istehlakçı vərdişləri ümumiyyətlə bütün hissələrin eyni şəkildə istehlak edilə biləcəyini desə də, sağlamlıq mütəxəssisləri toyuğun müəyyən hissələrini istehlak edərkən diqqətli olmaq lazım olduğunu bildiriblər.

Mütəxəssislərin fikrincə, toyuğun ən zərərli hissəsi dərisidir. Toyuq dərisi yüksək miqdarda doymuş yağ ehtiva etdiyi üçün ürək sağlamlığı üçün risk yarada və xolesterol səviyyəsinə mənfi təsir göstərə bilər. Xüsusilə, 100 qram toyuq dərisi təxminən 32 qram yağ ehtiva edir ki, bunun da 30 faizi doymuş yağlardan ibarətdir. Bundan əlavə, 100 qram toyuq dərisində 109 milliqram xolesterol var. 

Bu yüksək yağ və xolesterin tərkibi ürək sağlamlığına mənfi təsir göstərə və müntəzəm istehlakla ürək-damar xəstəlikləri riskini artıra bilər. Bu səbəblə daha çox sağlamlıq baxımından seçim etmək üçün toyuq dərisini istehlak edərkən diqqətli olmaq lazım olduğu vurğulanıb.

Mütəxəssislər toyuq əti istehlak edərkən diqqət yetirilməli olan digər məqamın ağciyər və qanad kimi bölgələr olduğunu bildirib.

Xüsusilə toyuq ağciyərlərində yüksək istilik müalicəsi ilə öldürülə bilməyən bakteriyaların ola biləcəyi və bu səbəbdən onların istehlakından qaçınılması lazım olduğu qeyd olunub. Həmçinin xəbərdarlıq edilib ki, qanad istehlakı sağlamlıq üçün risklər yarada bilər.

Toyuq qanadları çox miqdarda doymuş yağ və xolesterol ehtiva edir, çünki onlar adətən dəri ilə birlikdə yeyilir. Bişirmə üsullarına görə qanadlarda zərərli komponentlərin toplana biləcəyi və bunun xüsusilə ürək sağlamlığına mənfi təsir göstərə biləcəyi də qeyd olunub. Buna görə də sağlam qidalanmaq istəyənlərə toyuq qanadının istehlakını məhdudlaşdırmaq tövsiyə olunub.

Məryəm İlhamqızı