Bakıda rüşvət verən daha bir şəxsə CİNAYƏT İŞİ AÇILDI
    • 22-06-2019, 16:00
    • 1 106

Bakıda rüşvət verən daha bir şəxsə CİNAYƏT İŞİ AÇILDI

Bakıda daha bir şəxsin rüşvət verməsinin üstü açılıb.

News24.az-ın məlumatına görə, Nizami rayonu ərazisində Qədirov Məhəmməd Mustafa oğlunun vəzifəli şəxsə rüşvət verdiyi məlum olub. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci, yəni rüşvət vermə maddəsi ilə iş açılıb. Artıq iş üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinin materialları Nizami Rayon Məhkəməsinə göndərilib və hakim Nəriman Mehdiyevin icraatına verilib.