-
- 14-10-2024, 17:50
- 1 379
Mətbəxin ustası olan 3 bürc
Mətbəx ustalarının bürclərlə əlaqəsi varmı? Mütəxəssis astroloqların fikrincə, istedadlı əlləri ilə gözəl ləzzətlər yaradan 3 bürc var.
News24.az 3 bürc və onların mətbəxdəki özəllikləri təqdim edir:
BUĞA
Buğa - xoş həyat və həzzlərin bürcüdür. Yemək, içmək və rahat həyat tərzi Buğa bürcünün əhəmiyyətli zövqləri arasındadır. Yaxşı və keyfiyyətli yemək Buğa üçün böyük zövq mənbəyidir.
XƏRÇƏNG
Ailəyə və evdə əmin-amanlığa önəm verən bürc olan Xərçəng, mətbəxi və yemək bişirməyi çox sevir. Evdə hazırlanmış, diqqətlə hazırlanmış yeməklər Xərçəngin ruhunu cəlb edir.
TƏRƏZİ
Tərəzi estetika və həzz sevgisi ilə tanınır. O, yeməyin dadına deyil, təqdimatına da böyük əhəmiyyət verir. Gözəl mühitlər, zərif süfrələr və ləzzətli yeməklər Tərəzi bürcünün xoşladığı şeylərdir.
Məryəm İlhamqızı