Türkiyədən tarixi qələbə - Video
    • Dünən, 09:27
    • 612

Türkiyədən tarixi qələbə - Video

UEFA Millətlər Liqasında IV turun oyunları keçirilib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tur çərçivəsində 10 oyun baş tutub.

Azərbaycan millisi Slovakiya ilə matçda ardıcıl dördüncü məğlubiyyətini alıb.

Türkiyə millisi isə İslandiya ilə qarşılaşıb. “Ay-ulduzlular” 4 qol vuraraq əzmkar qələbə qazanıblar. Türkiyə ilk dəfə rəsmi oyunlarda İslandiyanı səfərdə məğlub edərək tarixi nəticəyə imza atıb.

Qitənin aparıcı yığmalarından Almaniya Niderlanda, Fransa Belçikaya, İtaliya isə İsrailə qalib gəlib.

UEFA Millətlər Liqası

IV tur

A Liqası

2-ci qrup

Belçika – Fransa 1:2

İtaliya – İsrail 4:1

Türkiyədən tarixi qələbə - Video

Almaniya – Niderland 1:0

Bosniya və Herseqovina – Macarıstan 0:2

B Liqası

1-ci qrup

Gürcüstan – Albaniya 0:1

Ukrayna – Çexiya 1:1

4-cü qrup

Uels – Monteneqro 1:0 

İslandiya – Türkiyə 2:4

C Liqası

1-ci qrup

Azərbaycan – Slovakiya 1:3

Estoniya – İsveç 0:3

Türkiyə yığmasının inamlı qələbəsinin videoicmalını təqdim edirik: