SON DƏQİQƏ! Azərbaycanın məşhur generalına AĞIR İTKİ
    • Dünən, 11:42
    • 1 030

SON DƏQİQƏ! Azərbaycanın məşhur generalına AĞIR İTKİ

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini vəzifəsində çalışmış məşhur general Hüseyn Əlixanovun qardaşı vəfat edib.

Manset.az-ın əldə etdiyi məlumata görə, generalın qardaşı tanınmış jurnalist, dramaturq Vaqif Əlixanlı bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bu haqda məlumatı general Hüseyn Əlixanov Manset.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, Vaqif Əlixanlı media sahəsində bir sıra mühüm vəzifələrdə çalışıb. O, müxtəlif illərdə Ans tv-də, 2008-ci ildə Space tv-də baş redaktor, 2013-2021-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin nəşri olan “Qobustan” incəsənət jurnalının baş redaktoru olub.