Maykl Ceksonun əşyaları hərracda ŞOK QİYMƏTƏ SATILACAQ
    • 15-10-2024, 12:02
    • 581

Maykl Ceksonun əşyaları hərracda ŞOK QİYMƏTƏ SATILACAQ

2009-cu ildə vəfat edən pop kralı Maykl Ceksonun və 1980-ci ildə öldürülən “The Beatles” qrupunun üzvü, britaniyalı musiqiçi Con Lennonun əşyaları noyabrın 15-də “Propstore” musiqi hərracında satılacaq. 

News24.az “Reuters”-ə istinadən xəbər verir ki, ümumi satış qiyməti təxminən 2,61 milyon dollar olacaq. 

Lotun əsas məqamları arasında Maykl Ceksonun “Beat It” mahnısının çərçivəli əlyazma mətni var. Bundan əlavə, musiqiçinin gödəkçələri də satışa təqdim olunacaq.

Həmçinin Con Lennonun 1962-ci ilə aid “Fawn JMI Vox AC15 Twin” səsgücləndiricisi hərracda satışa çıxarılacaq. 

Xatırladaq ki, bir il əvvəl Maykl Ceksonun ikonik reklamdakı gödəkçəsi ABŞ-də 300 min dollardan baha satılıb.

Teymur Məmmədov