Bacısı Maykl Ceksonun uşaq təcavüzçüsü olduğunu etiraf edib - FOTO
    • 9-03-2019, 21:48
    • 1 253

Bacısı Maykl Ceksonun uşaq təcavüzçüsü olduğunu etiraf edib - FOTO

Uşaq təcavüzçüsü olduğu haqda çəkilən sənədli film mərhum pop kral Maykl Ceksonun ətrafındakı qalmaqalı daha da böyüdüb. 

News24.Az xəbər verir ki, pedofil olduğu deyilən ulduzun ailə üzvləri dəfələrlə bunu yalanlayıb.
Ceksonun pedofil olmasına etiraz edən ВВС radiosu isə efirdə onun bütün mahnılarına qadağa qoymuşdu.  

Bu günlərdə Ceksonun böyük bacısı müğənni La Toyya Ceksonun 1993-cü ildə verdiyi müsahibə üzə çıxıb. 62 yaşlı La Toyyanın 26 il əvvəl verdiyi müsahibəsində qardaşının uşaqlara təcavüz etdiyi öz əksini tapıb: 
"Maykl mənim qardaşımdır və onu çox istəyirəm. Lakin mən nə onun günahlarının bir hissəsi olacam, nə də susacam! Mayklın günahsız uşaqlara qarşı etdiyi təcavüzləri qınayıram. Bu, haqdan deyil".