-
- 15-10-2024, 12:04
- 729
Qadın yanaraq öldü - Azərbaycanda faciə
Biləsuvarda qadın ehtiyatsızlıq nəticəsində həyatını itirib.
News24.az bildirir ki, Cenublu.az-ın əldə etdiyi məlumata görə, hadisə Cəbrayıl məcburi köçkünləri üçün inşa edilmiş binada baş verib.
Belə ki, 01.10.1953 təvəllüdlü Tərgül Qüdrət qızı Rəsulovanın yandırılmış parça ilə ehtiyatsız davranması nəticəsində paltarına alov düşüb. Müxtəlif dərəcəli yanıq xəsarəti alan yaşlı qadın hadisə yerindəcə dünyasını dəyişib. T.Rəsulova tək yaşayırmış.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.