Yanğında anasını itirən Ləmanla bağlı yeni XƏBƏR

Yanğında anasını itirən Ləmanla bağlı yeni XƏBƏR Hadisə

Ləman hazırda Türkiyədə Acıbadem Xəstəxanasıda müalicə alır. Onun müalicəsini aparan həkim Hakan Yılmaz xəstənin vəziyyətini diqqətlə izləyir və Ləmanın 4 həftə ərzində tam sağalaraq vətənə qayıdacağını bildirib.

News24.az xəbər verir ki, bu barədə jurnalist Xəyalə Rəis özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, Ləmanın sağalma prosesində göstərilən dəstəyə görə ilk növbədə Yeni Klinikanın kollektivi, eləcə də Barat Yusubova və Emil həkimə, həmçinin Hakan Yılmaza dərin təşəkkürünü bildirib.

Jurnalist həmçinin Ləmanın durumunu izləyən və ona dəstək olan hər kəsə minnətdarlığını çatdırıb.

Qeyd edək ki, Yasamal rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Hadisə zamanı həlak olanlardan Könül Hümbətova Ləmanın anasıdır.

Yanğında anasını itirən Ləmanla bağlı yeni XƏBƏR Yanğında anasını itirən Ləmanla bağlı yeni XƏBƏR Yanğında anasını itirən Ləmanla bağlı yeni XƏBƏR