-
- 15-10-2024, 23:04
- 1 104
75 yaşlı qadın yanlışlıqla bu ölkələri internetsiz qoydu
Gürcüstanda yaşayan 75 yaşlı qadın təsadüfən Ermənistanın internet infrastrukturunu sıradan çıxarıb.
News24.az xəbər verir ki, fiber optik kabel kəsildikdən sonra Ermənistanda 3,2 milyon insan 5 saat internetə daxil ola bilməyib.
İnsident Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında baş verib və ölkədə internetin geniş kəsilməsinə səbəb olub. Azərbaycan da bu kəsilməyə məruz qalıb.
Hayastan Şakarian adlı yaşlı qadın meşədə odun doğrayarkən ehtiyatsızlıqdan Georgian Railway Telecom-a məxsus yeraltı fiber optik kabeli kəsib. Bu kabel Ermənistanın internet trafikinin 90 faizini daşıyıb. Adi görünən bu qəza Ermənistan, Gürcüstan və Azərbaycanın bəzi bölgələrində genişmiqyaslı internet kəsilməsinə səbəb olub.
Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama verib: “Qadın metal qırıntıları axtararkən təsadüfən bu kabeli kəsib”. Qadına maddi ziyan vurmaq ittihamı irəli sürülüb və 3 ilə qədər azadlıqdan məhrum edilib, lakin qocalığı səbəbindən müvəqqəti azadlığa çıxıb.
Hadisədən sonra böyük təəssüf hissi keçirən Şakarian göz yaşlarına boğularaq "İnternetin nə olduğunu belə bilmirəm, çox üzgünəm" deyib. Qadının oğlu da anasının hər an ağladığını və kabelləri kəsməyə gücü çatmadığını iddia edib.
Qeyd edək ki, Keçmiş Sovet İttifaqı dövründə metal qırıntılarının axtarışı ümumi gəlir mənbəyi olub.
Məryəm İlhamqızı