Mingəçevir internetsiz qaldı
    • 30-03-2023, 17:45
    • 274

Mingəçevir internetsiz qaldı

Mingəçevirə gələn optik magistral kabel xətti qazıntı zamanı qonşu bölgədə zədələnib, şəhərdə internet kəsilib.

News24.az xəbər verir ki, bir saata yaxındır ki, Mingəçevir şəhərini internetlə təmin edən magistral kabel xəttində baş verən qəza səbəbindən şəhər internetsiz qalıb.

Qəza magistral optik kabelin Yevlax rayonu ərazisində aparılan qazıntı işləri zamanı qeydə alınan ehtiyatsızlıq nəticəsində ortaya çıxıb. Hazırda baş qəzanın bərpası üçün əraziyə mütəxəssislər cəlb olunub./teleqraf.com/