Bu bürclər heç vaxt bağışlamır - Sizi dərhal silirlər
    • 15-10-2024, 23:16
    • 1 754

Bu bürclər heç vaxt bağışlamır - Sizi dərhal silirlər

Bəzi bürclər üçün inam itdikdə və ya xəyal qırıqlığı yarandıqda ikinci şans verməyi əsla sevmirlər. Bircə səhvi belə bağışlamayan bürclərlə tanış olun.

Əqrəb ən qətiyyətli bürcdür. Onların üçün inam çox dəyərlidir. Bir dəfə qırıldıqdan sonra onu bərpa etmək demək olar ki, mümkün deyil. Münasibətlərində sədaqəti və dürüstlüyü hər şeydən üstün tutan Əqrəblər səhv edən dosta, partnoyara ikinci şans verməkdən çəkinirlər. Onların geridönüşü yoxdur. Etibar itirildikdə, münasibət əbədi bitir.

Oğlaq öz nizam-intizamı və ciddiliyi ilə tanınır. Həyatında planlı və strateji hərəkət etməyi xoşlayır. İkitərəfli münasibətlərdə də çox ehtiyatlıdır, bir dəfə məyus olanda heç vaxt geri çəkilmir. Oğlaqlar üçün vaxt dəyərlidir. Boş avxt keçirməyi sevmirlər. Ona görə də səhv və ya xəyanətlə üzləşdikdə ikinci şans verməkdənsə, yollarını ayırmağı üstün tuturlar.

Buğa sədaqət və güvənin ən əhəmiyyətli nümayəndələrindəndir. Münasibətlərdə son dərəcə səbirli və qətiyyətli olsalar da, bir dəfə aldadıldıqda və ya məyus olduqda ikinci şans verməkdə çox çətinlik çəkirlər. Möhkəm təmələ söykənən əlaqələrə önəm verirlər. Bu təməllər sarsılanda münasibətləri bitirməkdə qərarlı olurlar./teleqraf.com