Bakıda "X-Lady" mağazasında yanğın FOTOLAR- YENİLƏNİB-2
    • 23-06-2019, 11:06
    • 1 022

Bakıda "X-Lady" mağazasında yanğın FOTOLAR- YENİLƏNİB-2

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında baş verən yanğın söndürülüb.

News24.az-ın məlumatına görə, hadisə yerinə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib. Eldar Əzizov jurnalistlərə müsahibəsində bildirib ki, bu cür hadisələr demək olar dünyanın bütün ölkələrində baş verir. Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün lazımi işlər görülür. Yanğının başvermə səbəbləri obyektiv qaydada araşdırılacaq./Azərtac/

***
10.58.

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında başlayan yanğının söndürülməsi istiqamətində işlər davam edir.
News24.az- ın APA-ya istinadla verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyi "X-Lady" mağazasında yanğınla bağlı operativ qərargah yaradıb.

***
10.35.
Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.