“Arvadımın fotosunu niyə paylaşdın?” dedi: Görün nə etdi
    • 15-10-2024, 15:32
    • 784

“Arvadımın fotosunu niyə paylaşdın?” dedi: Görün nə etdi

Antalyada Kıvanç Ş.-nin (44) həyat yoldaşının sosial şəbəkədə paylaşdığı gül buketi fotolarını Eşref Yunus Yıldırıcının (29) bacısı F.Y. skrinşot edib və şirkətin sosial media hesabında paylaşıb.

News24.az xəbər verir ki, fotonun paylaşılmasını görən Kıvanç Ş. ilə Eşref Yunus Yıldırıcı arasında mübahisə yaşanıb.

Bacısının səhv etdiyini deyən Eşref Yunus Yıldırıcı Kıvanç Ş-dən üzr istəyib və fotoları sosial mediadan silib. Lakin həyat yoldaşının fotolarının paylaşılmasına əsəbiləşən Kıvanç Ş. axşam saatlarında Yıldırıcının yerləşdiyi gül anbarına gedib və onu vurmağa başlayıb.

Huşsuz vəziyyətdə olan Eşref Yunus Yıldırıcı təcili yardımla Dövlət Xəstəxanasına aparılıb, Kıvanç Ş. isə polis bölməsinə aparılıb.

Reanimasiyaya alınan və beyninə qan sızan Eşref Yunus Yıldırıcının səhhətinin ağır olduğu öyrənilib.

Günel Məlikzadə