İnsanlar artıq öləcəyi vaxtı BİLƏCƏK
    • 16-10-2024, 04:28
    • 579

İnsanlar artıq öləcəyi vaxtı BİLƏCƏK

İnsanın bioloji yaşını hesablayan və buna uyğun olaraq, 1 il ərzində ölüm riski olub-olmadığını təxmin edən xüsusi epigenetik metodlu saat icad edilib.

Ölkə.az Bakupost-a istinadən xəbər verir ki, Amerika tədqiqatçıları CheekAge adlı epigenetik saatı və elmi araşdırmanın nəticələrini təqdim ediblər.

Saat ağızın selikli qişasından alınan cüzi yaxma, yaxud ağız suyu ilə insanın qarşıdakı ildə ölüm riski faizini qiymətləndirə bilir.

Epigenetik saat insanın fizioloji qocalma, bioloji yaşını DNT səviyyəsində müəyyən etməyə imkan verir.

Alimlər elmi araşdırma zamanı 18-93 yaş arası 8 min insanın yaxmasını bu saat vasitəsilə analiz ediblər. Saat yaxın 12 ayda insanın ölüb-ölməyəcəyini təxmin edə bilir.

Amma alimlər insanın il ərzində öləcəyini dəqiq deyə bilmir, onlar yalnız riskin artdığını proqnozlaşdıra bilirlər. Bu imkan verir ki, insan sağlamlığına diqqət yetirsin, xroniki xəstəlikləri müalicə etsin, eləcə də həkimlər pasiyentə daha uyğun müalicə yazsın. O zaman ömrü hətta uzatmaq da olar.