Yuxu müddətini 1 saat azaltdıqda nə olur?
    • 22-12-2023, 12:47
    • 379

Yuxu müddətini 1 saat azaltdıqda nə olur?

Gecələr yuxunun miqdarını azaltmaq, insanın həyatından məmnunluğuna mənfi təsir göstərə və insanın özünü yorğun hiss etməsinə səbəb ola bilər. 

News24.az xəbər verir ki, bu barədə Şərqi İngiltərə Universitetinin tədqiqatçıları bildirib. 

Araşdırmanın nəticələri “Psychological Bulletin” jurnalında dərc olunub.

Britaniya alimlərinin yeni elmi işi yuxunun insanın həyat keyfiyyətinə təsiri ilə bağlı əvvəlki 154 araşdırmanın nəticələrinə (meta-analiz) əsaslanır. Ümumilikdə tədqiqatlarda 7-79 yaş arası beş mindən çox insan iştirak edib. Alimlər gecə yuxusunun müddətinin xoşbəxtliyin subyektiv hisslərinə necə təsir etdiyini öyrənməyə çalışıblar.

Nəticələr göstərib ki, insan adi vaxtdan az yatırsa, onun müsbət düşünmə qabiliyyəti azalır. Bir saatlıq yuxudan məhrum olmaq belə bədbəxtlik hisslərini tətikləyə bilər. Adi yuxu müddətinin üç-dörd saat azalması əhval-ruhiyyənin kəskin şəkildə pisləşməsi və həyatdan məmnunluğun azalması ilə əlaqələndirilib. Bundan əlavə, çox az yatan insanlar narahatlıq və depressiya əlamətlərini daha çox göstəriblər.

Ayşən