Erməni müəllimdən şagirdlərinə: Tariximizi öyrənməyin!
    • 16-10-2024, 08:03
    • 661

Erməni müəllimdən şagirdlərinə: Tariximizi öyrənməyin!


İrəvan məktəblərindən birinin IX sinif şagirdinin valideyni qızının tarix müəlliminin 35 şagirdin iştirakı ilə tarix dərsi zamanı dediklərindən qəzəblənib.

Ölkə.az xəbər verir ki, bununla bağlı aidiyyəti orqanlara şikayət edib.

Valideyni erməni müəllim şagirdlərinə Ermənistanın tarixini yox, dünya tarixini öyrənməsini tövsiyə etməsi qəzəbləndirib. 

Müəllim şagirdlərinə  tövsiyəsində bunu deyib: “Erməni tarixini öyrənsəniz, erməni xalqına çoxlu bəlalar gətirmiş daşnaklar olacaqsınız".

Fikrini davam etdirən erməni müəllim əlavə edib: "Mən erməniləri Ermənistanın “dənizdən dənizə” və ya Artsaxın qaytarılmasını arzulayan erməniləri kimi tərbiyələndirmək yox, dünya vətəndaşı kimi  hazırlamağa çalışıram".