-
- 16-10-2024, 09:15
- 787
Xəstəxanaya getməyə taksi tapmadı, övladını yolda dünyaya gətirdi - VİDEO
Türkiyədə 35 həftəlik hamilə olan Hanife Mete adlı qadın metrobusda uşaq dünyaya gətirib.
News24.az İHA-ya istinadən xəbər verir ki, hadisə İstanbulun Esenyurt rayonunda baş verib.
Məlumata görə, qadın taksi tapa bilmədiyi üçün mindiyi metrobusda həyat yoldaşı Cemal Metenin dəstəyi ilə övladını dünyaya gətirib.
Cütlük oğlan övladına Yılmaz adını verib.
Metrobusdakı doğum anını nəqliyyat vasitənin kamerası qeydə alıb.
Teymur Məmmədov