Ləman Hüseynzadəyə yüksək vəzifə verildi
    • 16-10-2024, 11:30
    • 575

Ləman Hüseynzadəyə yüksək vəzifə verildi

Ədliyyə naziri Fərid Əhmədov Nazirliyin Mətbuat xidmətinə rəis təyin edib.

News24.az modern.az-a istinadən xəbər verir ki, sözügedən vəzifəyə Ləman Hüseynzadə gətirilib.

O, bu ilin iyun ayında Mətbuat xidmətinin rəisi vəzifəsini müvəqqəti icra etməyə başlayıb.

Qeyd edək ki, Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib.

Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb.

O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğu qəbul edilib.

Xatırladaq ki, idarə səlahiyyətində olan Mətbuat xidmətinin adı İnsan hüquqları və kommunikasiya idarəsi olub və bura Aynur Sabitova rəhbərlik edib.