Zəlzələyə görə bu məktəblərdə tətil ELAN EDİLDİ
    • Bu gün, 13:43
    • 578

Zəlzələyə görə bu məktəblərdə tətil ELAN EDİLDİ

Malatyanın Kale rayonunda baş verən 5,9 bal gücündə zəlzələdən sonra Malatya və Elazığda məktəblər 1 gün müddətinə bağlanıb. 

News24.az xəbər verir ki, bu gün Malatya və Elazığda məktəblər bağlandıqdan sonra oktyabrın 17-də tətil olub-olmayacağı maraq doğurur.

Qurumlar hələ ki, məktəblərin sabah bağlanıb bağlanmayacağı ilə bağlı açıqlama verməyiblər.

Günel Məlikzadə