İspaniya millisində 96 ildən sonra ilk yaşandı
    • 16-10-2024, 22:44
    • 646

İspaniya millisində 96 ildən sonra ilk yaşandı

İspaniya millisində 96 ildən sonra bir ilk yaşanıb.

News24.az QOL.az-a istinadla xəbər verir ki, bu, Millətlər Liqasında ötən gecə Serbiya ilə keçirilən oyunda (3:0) qeydə alınıb.

Bu görüşdə “Real”, “Barselona” və “Atletiko”dan heç bir futbolçu İspaniya millisinin start heyətində yer almayıb.

Bu, millinin 104 illik tarixində dördüncü belə haldır. Komanda 1928-ci il Olimpiadasındakı 3 matçda sözügedən 3 klubunun oyunçuları olmadan iştirak edib.

Qeyd edək ki, ilk 4 turda 10 xal toplayan İspaniya yığması qrup lideridir.