Cahangir Əsgərovun həyat yoldaşının bankı MÜFLİS OLUR
    • Bu gün, 16:36
    • 826

Cahangir Əsgərovun həyat yoldaşının bankı MÜFLİS OLUR

Müştərilər tərəfindən “Premium Bank” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.

News.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu ilin əvvəli ilə müqayisədə bu ilin ilk rübündə fiziki şəxslərin “Premium Bank”dakı depozitləri 8% və ya 40,5 milyon manat, hüquqi şəxslərin bankdakı depozitləri isə 13,7% və ya 13,1 milyon manat azalıb. Oktyabr ayının əvvəlinə olan məlumata görə, fiziki şəxslərin “Premium Bank”da 290,4 milyon, hüquqi şəxslərin isə 82,8 milyon manat depoziti olub.

Məlumat üçün bildirək ki, “Premium Bank”ın əsas səhmdarı ötən il AZAL-ın prezidenti vəzifəsindən azad olunan Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. 1994-cü ildə “AZAL Səhmdar Kommersiya Bankı” kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək, əvvəlcə “Bank Silk Way” ASC, hazırda isə “Premium Bank” ASC adlanan bankın səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.

Onu da qeyd edək ki, Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad olunduqdan (1 sentyabr 2023) sonra müştərilərin “Premium Bank”dakı depozitləri 27% və ya 139,1 milyon manat azalıb. Belə ki, Cahangir Əsgərov AZAL-ın prezidenti olan zaman açıqlanan sonuncu hesabatda bankın 512,3 milyon manat depozit portfelinə sahib olduğu göstərilib. Dünən açıqlnan sonuncu maliyyə hesabatında isə bankın depozit portfelinin 373,2 milyon manata düşdüyü qeyd olunub.