Arakçi Türkiyəyə səfər edəcək
    • 16-10-2024, 22:35
    • 387

Arakçi Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Abbas Arakçi İordaniya, Misir və Türkiyəyə səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Açıqlamada, "Xarici işlər naziri Arakçi, soyqırım, qəddarlıq və təcavüzə son qoymaq məqsədi ilə bölgə ölkələri ilə diplomatik təmaslarımız çərçivəsində İordaniya, Misir və Türkiyəyə səfər edəcək" ifadələri yer alıb. 

Günel Məlikzadə