SON DƏQİQƏ‼️ Orxan Əkbərovun ailəsinə daha bir AĞIR İTKİ
    • Dünən, 23:14
    • 967

SON DƏQİQƏ‼️ Orxan Əkbərovun ailəsinə daha bir AĞIR İTKİ

Vətən Müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə daha bir ağır itki üz verib.

News24.az Cenublu.az-a istinadla xəbər verir ki, şəhidin qardaşı Elnur Əkbərov dünyasını dəyişib. Axşam saatlarında qəfildən halı pisləşdiyini görən əmisi oğlu onu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatı xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, 38 yaşlı şəhid qardaşı ürəktutmadan vəfat edib.

Mərhum, bu gün rəhmətə gedən, həmyerlisi Milli Qəhrəman Mübariz İbrahimovun atasının dəfn mərasimində iştirak edib.

Vətən Müharibəsi Qəhrəmanı O.Əkbərovun digər qardaşı Taleh Əkbərov bu ilin may ayında dünyasını dəyişib. O, Biləsuvarda qardaşının məzarının yanında dəfn edilib.

Qeyd edək ki, Orxan Əkbərov 2020-ci ilin oktyabrın 7-si Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla təltif edilib.