Azərbaycanda Yeni ildən aliment bu qədər ARTACAQ
    • Bu gün, 05:47
    • 266

Azərbaycanda Yeni ildən aliment bu qədər ARTACAQ

Yeni ildən aliment bu qədər artacaqDövlət büdcəsi Milli Məclisə təqdim olunub. Alimentə təsir edən yaşayış minimumunun qaldırılması insanları maraqlandıran məsələdir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, minimum yaşayış həddi alimentin məbləği olaraq geniş təyin olunmaqdadır.2024-cü ildə inflyasiya səviyyəsindən gözlənilən ondan ibarətdir ki, uşaqlar üçün yaşayış minimumu 240-245 manat təyin ediləcək:

Yeni ildən aliment bu qədər artacaq"Alimentin məbləği dövlət büdcəsində öz əksini tapmır, amma hüquqi çərçivədə uşaqlar üçün təyin edilmiş minimum yaşayış həddi alimentin məbləği olaraq geniş təyin olunmaqdadır. Bu aspektdə məsələyə baxmış olsaq, 2024-cü ildə inflyasiya səviyyəsindən gözlənilən ondan ibarətdir ki, uşaqlar üçün yaşayış minimumu 240-245 manat təyin ediləcək. Bu da o deməkdir ki, ötən illə müqayisədə alimentin məbləği praktikada 5-10 manat arası arta bilir. Dəyişiklik cüzi olacaq".