İtkin düşən 21 yaşlı gəncin cəsədi tapıldı
    • Bu gün, 17:22
    • 211

İtkin düşən 21 yaşlı gəncin cəsədi tapıldı

İtkin düşən 21 yaşlı gəncin cəsədi tapıldıTürkiyənin İzmir bölgəsində Əhməd Alkın adlı gənc gecə saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

News24.az BiG.AZ-a istinadən xəbər verir ki, Əhmədin ailəsi polisə müraciət edərək, hadisə haqqında xəbər verib. Hadisə şahidlərinin ifadələri əsasında polis əməkdaşları Əhmədin son dəfə olduğu yerlərdə araşdırmalar aparıb. Nəticədə, 21 yaşlı gəncin cəsədi tapılıb. Məhkəmə tibbi ekspertizasının rəyi nəticəsində məlum olub ki, 21 yaşlı Əhməd Alkın başından odlu silahdan atəş açılması nəticəsində vəfat edib. Polis əməkdaşları ilkin araşdırmada Əhmədin intihar etdiyi qənaətinə gəlib.

Hazırda istintaq araşdırmaları davam etdirilir.