Bəhram Bağırzadə AzTV-dən getdi
    • 24-06-2019, 14:02
    • 2 174

Bəhram Bağırzadə AzTV-dən getdi

Əməkdar artist Bəhram Bağırzadə Azərbaycan Dövlət Televiziyası ilə yollarını ayırıb. 

News24.az xəbər verir ki, bu barədə aktyor Media.az saytına müsahibəsində danışıb. O, AzTV-dən ayrılmasını belə şərh edib: "Təəssüflər olsun ki, AzTV ilə müqaviləmi ləğv etdim. Verilişimi yeni və daha kreativ telekanalda yaradacağam". 

Qeyd edək ki, Bəhram Bağırzadə may ayında sosial şəbəkə hesabında status paylaşaraq, Azərbaycan Dövlət Televiziyasında yeni veriliş açacağını bildirmişdi.