-
- 24-06-2019, 14:12
- 834
"Bakı bu forumla tarixə düşdü" - Ülvi Mehdiyev
Bu cür mötəbər tədbirin Bakıda keçirilməsi çox əhəmiyyətlidir. Çünki Şərqi Avropada dövlət xidmətləri forumunun keçirildiyi ilk şəhər kimi Bakı tarixə düşdü".
News24.az-ın xəbərinə görə, bunu ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev Bakıda keçirilən BMT Dövlət Xidmətləri Forumu zamanı jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, forum zamanı dövlət xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı hansı işlər görüləcəyi barədə qərar qəbul olunacaq:
"Bu forumu Azərbaycan üçün əhəmiyyətli edən hadisələr olacaq. Bunlardan biri Beynəlxalq ASAN Asossasiyasının təsis olunmasıdır. Bu bütün ölkələrin dövlət xidmətlərinin birləşdiyi bir təşkilat olacaq. Qurumun adı da ASAN olacaq. Bu isə o deməkdir ki, ASAN Xidmət təkcə Azərbaycanın intellektual brendi deyil , həm də beynəlxalq bir təşkilatın adına çevriləcək. Bu addımın məqsədi ASAN Xidmət modelinin digər dövlətlərdə tətbiqi ilə bağlı mübadilə aparmaqdır
Azərbaycan dövləti BMT tərəfindən xüsusi mükafata layiq görüldü. Mükafatın əsas təyinati odur ki, Azərbaycan ASAN Xidmət modeli ilə dövlət xidmətləri sahəsində ciddi bir islahata imza atdı. Artıq ASAN Xidmətin ikinci mərhələsi bu ildən fəaliyyətə başlayıb. Söhbət Mygov elektron hökumət konseptindən gedir. Bu konsept vasitəsilə reaktiv xidmətlərdən preaktiv xidmətlərə keçid edəcəyik. Hansı ki bu konsept BMT ekspertləri tərəfindən qiymətləndirilib".
Afaq Mirayiq