Əfqanıstan Azərbaycanın "Asan xidmət" konseptini tətbiq etməyə başlayıb
    • 26-06-2019, 13:14
    • 880

Əfqanıstan Azərbaycanın "Asan xidmət" konseptini tətbiq etməyə başlayıb

Əfqanıstan Azərbaycanın "Asan xidmət" konseptini tətbiq etməyə başlayıb.

News24.az-ın xəbərinə görə, bunu Əfqanıstan "ASAN xidiməti"nin baş direktoru Məhəmməd Naim Çamkanai "BMT-nin Dövlət Xidmətləri Forum"u çərçivəsində baş tutan Nazirlərin dəyirmi masasında bildirib. M.N,Çamkanainin bildirib ki, "ASAN xidmət" qazandığı mükafata tam layiqdir. 

Onun sözlərinə görə, Əfqanıstanda "ASAN xidmət"in fəaliyyətə başlaması üçün 12 nazirlik bu prosesə qoşulub. O qeyd edib ki, indiyə qədər artıq 16 xidmət avtomatlaşdırılıb və asanlaşdırılıb: "Əvvəllər bu xidmətlərin göstərilməsi çox vaxt aparırdı. Biz Azərbaycanın "ASAN xidmət" modelinin təklif etdiyi çıxış yollarından faydalanaraq bu prosesləri asanlaşdırdıq. Bu işə başlayanda əsas üzləşdiyimiz çətinlik infrastruktur çatışmazlığı idi. Effektivlik, innovasiya və şəffaflıq bizim üçün əsas prinsiplərdir".