-
- 24-06-2019, 15:37
- 1 375
Azərbaycanın iki cüdoçusu “Minsk 2019”un yarımfinalına yüksəlib
İyunun 24-də - “Minsk 2019” dördüncü günündə Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib.
News24.az AzərTac-a istinadən verdiyi xəbərə görə, ikinci Avropa Oyunlarına inamla start verən qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) səkkizdəbir finalda almaniyalı Yasmin Kuelbsi, dörddəbir finalda isə britaniyalı Sara Adlinqtonu ipponla məğlub edərək yarımfinala adlayıb. İdmançımız finala vəsiqə uğrunda Belarus təmsilçisi Marina Slutskaya ilə görüşəcək. Finala digər vəsiqə uğrunda Bosniya və Herseqovina təmsilçisi Larisa Çeriç və portuqaliyalı Roşel Nunes qarşılaşacaqlar.
Oyunlarda 100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri səkkizdəbir finalda sloveniyalı Vito Draqiçə ipponla qalib gələrək dörddəbir finala yüksəlib. Dörddəbir finalda hollandiyalı Roy Meyeri də məğlub edən U.Kokauri yarımfinala vəsiqə qazanıb. Yarımfinalda idmançımızın rəqibi rusiyalı İnal Tasoyev olacaq. Bu çəki dərəcəsində digər yarımfinal görüşündə Quram Tişişvili (Gürcüstan) və Henk Qrol (Hollandiya) görüşəcəklər.
Oyunlarda 100 kiloqram çəki dərəcəsində çıxış edən Elmar Qasımov onaltıdabir finalda ukraynalı Anton Savitskiyə qalib gələrək səkkizdəbir finala yüksəlib. İdmançımız bu mərhələdə estoniyalı Qriqori Minaşkini ipponla (11:0) məğlubiyyətə uğradaraq adını dörddəbir finala yazdırıb. Lakin cüdoçumuz dörddəbir finalda fransalı Siril Maneyə məğlub olub. E.Qasımov təsəlliverici görüşdə monteneqrolu Danilo Pantiçi mübarizədən kənarlaşdırıb. İdmançımız bürünc medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Daniel Mukete ilə üz-üzə gələcək.
Cüdoçularımızdan Məmmədəli Mehdiyev (90 kq) də “Minsk 2019”da təsəlliverici görüşdə iştirak edəcək. O, Belarus təmsilçisi Yahor Varapayevə qalib gələrək adını səkkizdəbir finala yazdırıb. Bu mərhələdə fransalı Aurelien Disseni məğlub edən cüdoçumuz dörddəbir finalda türkiyəli Mikail Özerlərə uduzub. İdmançımız təsəlliverici görüşdə isveçrəli Ciril Qrossklaus ilə qarşılaşacaq.
Oyunlarda 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelin Kotsoyev isə onaltıdabir finalda serbiyalı Boyan Dosen üzərində ipponla qələbə qazansa da, səkkizdəbir finalda Belçika təmsilçisi Toma Nikiforova uduzaraq mübarizəni dayandırıb.