"Tottenhem"dən möhtəşəm geridönüş
    • Dünən, 23:05
    • 81

"Tottenhem"dən möhtəşəm geridönüş


"Tottenhem" İngiltərə Premyer Liqasının 8-ci turunda evdə "Vest Hem"lə qarşılaşıb. 

News24.az xəbər verir ki, oyunda ilk qolu 18-ci dəqiqədə qonaqların heyətində Kudus vurub. 

Ancaq "Tottenhem" ikinci hissəyə alovlu başlayıb. 52-ci dəqiqədə Bissouma hesabı 1:1 edib. 3 dəqiqə sonra "Tottenhem"in hücumlarından təlaşa düşən "Vest Hem"in qapıçısı Areola avtoqola imza edib. 

Görüşün 60-cı dəqiqəsində Heyunq-min komandasının sonuncu qolunu vuraraq 4:1 hesablı darmadağını rəsmiləşdirib. 

Beləliklə 3 xalı hesabına yazdıran "Tottenhem" turnir cədvəlində 13 xalla altıncı pilləyə yüksəlib.

Ağa