İngiltərə İranı darmadağın etdi: 6:0 - VİDEO
    • 21-11-2022, 20:58
    • 340

İngiltərə İranı darmadağın etdi: 6:0 - VİDEO

Bu gün Qətərdə keçirilən dünya çempionatında B qrupunun matçlarına start verilib.

News24.az xəbər verir ki, ilk oyunda İran İngiltərə ilə qarşılaşır.

Cud Bellingem hesabı açıb. O, 35-ci dəqiqədə İngiltərə yığmasını önə keçirib. Bukayo Saka 43-cü dəqiqədə İngiltərənin ikinci qolunu vurub. Rahem Sterlinq hesabı 3:0 edib. İkinci hissədə, Bukayo Saka hesabı 62-ci dəqiqədə 4:0 edib.

Mehdi Taremi 65-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb - 4:1
Marus Reşford 71-ci dəqiqədə hesabı 5:1 edib. Cek Qriliş hesabı 6:1 edib. O, 90-cı dəqiqədə fərqlənib.

İran ikinci qolu vurub - Mehdi Taremi 90+12-ci dəqiqədə fərqlənib.

İngiltərə yığması bu qələbədən sonra ilk pilləyə yüksəlib. İran isə hələlik sonuncudur.