31 qız şagird zəhərləndi - TƏCİLİ ‼️
    • Dünən, 23:50
    • 256

31 qız şagird zəhərləndi - TƏCİLİ ‼️

İranın Şimali Xorasan əyalətinin Səməlqan şəhərinin məktəblərindən birində 31 şagird zəhərlənib.

Bu barədə yerli media məlumat yayıb.

Qız şagirdlərin merkaptan qazından zəhərlənərək xəstəxanalara köçürüldüyü bildirilib.

Hadisəyə məktəb yaxınlığında İran Qaz Şirkətinə məxsus qaz boçkalarından qaz sızması səbəb olub.

Məlumatda şagirdlərdən bir neçəsinin vəziyyətinin ağır olduğu qeyd olunub.

GünazTV