38 şagird zəhərləndi
    • 30-04-2021, 12:09
    • 321

38 şagird zəhərləndi

Rusiyada 38 şagird zəhərlənib.

News24.az TASS-a istinadən xəbər verir ki, hadisə Kirov şəhərində 73 nömrəli məktəbdə baş verib. Hazırda 2 şagirdin vəziyyətinin ağır olduğu, digərlərinin isə həkim nəzarətində saxlanıldığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır. Məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.