Kamran Məmmədov faciəvi şəkildə həyatını İTİRDİ
    • Bu gün, 14:14
    • 404

Kamran Məmmədov faciəvi şəkildə həyatını İTİRDİ

Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun İmirli kəndində qeydə alınıb.

Belə ki, S.Yaqubovun həyətində işləyən 1984-cü il təvəllüdlü qonşusu Kamran İbrahim oğlu Məmmədov ehtiyatsızlıqdan su çəninin altında qalıb.

Nəticədə K.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.