-
- 20-10-2023, 11:30
- 415
Yasamalda məktəbli faciəvi şəkildə HƏYATINI İTİRDİ
Bakıda məktəblinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
2008-ci il təvəllüdlü Bayramov Tunar Rəşad oğlunu yaşadığı mənzildə ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. Nəticədə o həyatını itirib.
Qeyd edək ki, hadisə yerində dünyasını dəyişən yeniyetmə Biləsuvarın Ağalıkənd kəndinin sakinidir.