“Dəstək olduğum cavanlar, indi mənə mane olurlar” - Qorxmaz Əlili
    • Bu gün, 15:34
    • 219

“Dəstək olduğum cavanlar, indi mənə mane olurlar” - Qorxmaz Əlili

"Elgizlə izlə" verilişində Əməkdar artist, aktyor Qorxmaz Əlili Mirzə Babayevin "Qurban olum" mahnısını ifa edib.

News24.az xəbər verir ki, Qorxmaz Əlili verlişdə bildirib ki, "Qurban olum" mahnısı Mirzə Babayevin həyət yoldaşı dünyasını dəyişəndən sonra onun xatirəsinə yazılıb. 

Mən də dostumun studiyasında bu mahnını oxudum, çox bəyəndiyim ifadır. 

Xalq artisti Fatma Mahmudova Qorxmaz Əlilinin ifasını bəyəndiyini və bir vaxtlar onun "7-17" verlişində cavan ifaçılara dəstək olduğunu vurğulayıb. 

Qorxmaz Əlili isə Fatma Mahmudovaya cavabında deyib ki, “Bir vaxtlar dəstək olduğum cavanlar indi mane olurlarlar”.

Qeyd edək ki, illər öncə yayımlanan və Qorxmaz Əlilinin müəllifi olduğu "7-17" layihəsi bir çox məşhuru Azərbaycana tanıdıb.

Ağa