Kişi ölümlərində artım olacaq - ARAŞDIRMA
    • 21-10-2024, 20:16
    • 653

Kişi ölümlərində artım olacaq - ARAŞDIRMA

185 ölkədən alınan məlumatlarla aparılan araşdırma nəticəsində 2050-ci ilə qədər kişilərdə xərçəng hadisələrinin 84 faiz artacağı müəyyən edilib.

News24.az xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, 2050-ci ildə təxminən 19 milyon xərçəng hadisəsi aşkarlanacaq. Bu rəqəm 2022-ci ildə qeydə alınan rəqəmlərdən 10 milyon çoxdur.

Ölüm nisbətlərinin əksəriyyətinin yaşlı kişilərdən ibarət olacağı bildirilsə də, qarşıdakı illərdə xəstəlikdən ölən gənclərin sayında həyəcan verici artım olacağı proqnozlaşdırılır.

Dəri xərçənginin dünyada ən çox görülən xərçəng olması gözlənilir. Tədqiqatçıların fikrincə, dəri xərçəngi diaqnozu təxminən 122 faiz artaraq bir milyondan çox olacaq.

Ağciyər qişasında meydana gələn bir xərçəng növü olan mezotelyomanın və sidik kisəsi xərçənginin kişilərdə 100%-dən çox artacağı təxmin edilir.

Prostat xərçənginin ən böyük artıma səbəb olacağı, ölümlərin 136 faiz artaraq 2050-ci ildə təxminən bir milyona çatacağı bildirilir. Mütəxəssislər önümüzdəki illərdə ağciyər xərçənginin də böyük bir ümumi ölüm nisbətinə çatacağını vurğulayırlar.

Araşdırmaya görə, 2050-ci ildə 65 yaşdan yuxarı kişilərdə xərçəngdən ölüm halları 124 faizdən çox artacaq. 15-64 yaş arası gənc kişilər arasında xərçəngdən ölənlərin sayının 2050-ci ildə təxminən 40 faiz artaraq 3 milyona çatacağı təxmin edilir.

Tədqiqatlarını Xərçəng jurnalında dərc edən elm adamları, müxtəlif faktorlara görə dünyada kişilərin qadınlara nisbətən daha çox xərçəng riski ilə üzləşdiyini açıqladılar.

Qeyd edək kiŞ kişilərin xərçəngdən ölüm nisbətinin qadınlara nisbətən daha çox olmasının əsas səbəbləri arasında kişilərdə qeyri-kafi müayinə və ümumiyyətlə daha çox siqaret və spirt istifadəsi kimi faktorlar sıralanıb.

Günel Məlikzadə