-
- 2-10-2024, 16:45
- 305
Bu yaşlarda diqqətli olun - döş xərçəngi...
Amerika Xərçəng Cəmiyyəti (ACS) ABŞ-da döş xərçəngi hallarına dair yeni hesabat dərc edib.
News24.az xəbər verir ki, Milli Xərçəng İnstitutunun məlumatlarından istifadə edilən hesabatda, döş xərçəngindən ölüm nisbətinin 1989-2022-ci illərdə təxminən 44 faiz azaldığı qeyd edilib.
Digər tərəfdən hesabatda döş xərçəngi hadisələrinin 2012-2021-ci illər ərzində ildə təxminən bir faiz artdığı ifadə edilib.
Həmçinin 50 yaşdan yuxarı insanlarla müqayisədə 50 yaşdan aşağı insanlarda xərçəng diaqnozunda daha çox artım olduğu bildirilib.
Hesabatda müxtəlif irqlər arasında döş xərçəngi diaqnozu nisbətində fərqlərin olduğu qeyd edilib.
Qaradərili qadınların döş xərçəngindən ölüm nisbətinin ağdərili qadınlardan təxminən 38 faiz daha çox olduğu ifadə edilərək, bu xəstəlikdən ən yüksək ölüm nisbətinin qaradərili qadınlarda görüldüyü vurğulanıb.
Hesabatda həmçinin qeyd olunub ki, 50 yaşdan aşağı Asiya əsilli insanlarda döş xərçəngi diaqnozu nisbəti hər il təxminən 2,7 faiz artır.
Məryəm İlhamqızı