Azərbaycanda General işdən çıxarıldı
    • 22-10-2024, 03:00
    • 1 172

Azərbaycanda General işdən çıxarıldı


Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəhbərliyində dəyişiklik edilib.

News24.az Trend-ə istinadən xəbər verir ki, müvafiq qərarla akademiyanın rəisi, general-mayor Azər İbrahimov vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.

Bir müddət əvvəl verilən qərarla sözügedən vəzifənin müvəqqəti icrası general-mayor Faiq Məmmədova tapşırılıb.