Mərkəzi Bankdan dollarla bağlı MƏLUMAT
    • 22-10-2024, 12:57
    • 3 706

Mərkəzi Bankdan dollarla bağlı MƏLUMAT

22 oktyabr 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, hərracda tələb 49,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Xatırladaq ki, 17 oktyabr 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracında tələb 65,9 milyon ABŞ dolları təşkil etmişdi.