Zaqatala-Balakən sakinlərinin diqqətinə - DTA-dan açıqlama
    • 23-10-2024, 15:22
    • 274

Zaqatala-Balakən sakinlərinin diqqətinə - DTA-dan açıqlama

Zaqatala-Balakən regionu üzrə turizmin inkişafı hər zaman yerli əhali arasında bir hədəf və istək olub. Regionda olan turizm potensialının yüskək olması və turistlərin cəlb edilməsinin vacibliyi hər dəfə vurğulanır. Hazırda bu, regionda turizmin inkişafı istiqamətində hansı işlər görülür? Turistlərin cəlb olunması məqsədilə hansı addımlar atılır? Ümumiyyətlə, turizm potensialı aidiyyəti qurumlar tərəfindən nə qədər  önə çəkilir? 

Bununla bağlı News24.az Dövlət Turizm Agentliyinə sorğu ünvanladı. Qurumun mətbuat xidməti sorğuya cavab olaraq bildirib ki, Zaqatala-Balakən regionu şimal-qərb turizm dəhlizində əsas turizm potensiallı destinasiyalardan biri kimi diqqəti çəkir. Eyni zamanda bölgənin turizm potensialının istifadəsi məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən müxtəlif layihələr icra olunur.

“Regionun turizm potensialı haqqında “Şimal-Qərb regionu” turizm broşürü, regional xəritə hazırlanıb, o cümlədən xurmaçılıq, arıçılıq və digər istiqamətlərdə araşdırmalar edilərək icma əsaslı açıq məlumat bazaları inkişaf etdirilib, şimal-qərb turizm dəhlizində turizm sənayesinin inkişaf etdirilməsi məqsədilə Destinasiya Menecmenti Planı hazırlanıb.  

Qeyd olunan plan əsasında sözügedən rayonların turizm potensiallı ərazilərinin əlaçatanlığının artırılması məqsədilə intensiv nişanlama işlərinin aparılması, ekoturizm istiqamətində dağ-piyada marşrutlarının işarələnməsi, Zaqatala Dövlət Təbiət Qoruğu tərkibində formalaşdırılan biosfer qoruğunun turizm potensialının təşviqi və Şamilovka yaylağında müxtəlif layihələrin icrası nəzərdə tutulur. Həmçinin mədəni marşrutların pasportlaşdırılmasının ilkin mərhələsi kimi regionda Alban irsi marşrutnun passportlaşdırılması planlaşdırılır”.


Ağa