Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
    • 3-07-2020, 16:01
    • 1 790

Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq

Bakının Sabunçu rayonundakı Balaxanı qəsəbəsi də turizm marşrutlarına salınacaq.

Dövlət Turizm Agentliyindən News24.az-a verilən məlumata görə, burada əsas məsələ mədəni-tarixi irsi qoruyaraq turizm məhsullarının yaradılmasıdır: “Balaxanı bir turizm məkanı olaraq turizm marşrutlarına salınacaq və həm xarici, həm də daxili turistlər ora cəlb ediləcək. Bu da yerli əhali, sakinlər üçün əlavə imkanlar yaradacaq”.