-
- 23-10-2024, 15:44
- 373
General-leytenant həlak oldu
Suriyanın Latakiya çölündə başlayan qarşıdurmada rusiyalı general-leytenant Nikolay Mixaylenko həlak olub.
News24.az xəbər verir ki, Sevastopol qubernatoru general-leytenant Nikolay Mixaylenkonun öldürüldüyünü, Mixaylenko üçün isə Krımın Sevastopol şəhərində dəfn mərasiminin keçirildiyini açıqlayıb.
“Nikolay Mixaylenko Suriya Ərəb Respublikasında xüsusi hərbi missiyalar zamanı həlak olub” deyib.
Rusiya mətbuatı Mixayenkonun Latakiya çölündə münaqişə zamanı qaçırılan bəzi rus əsgərlərinin xilasetmə əməliyyatları zamanı həlak olduğunu bildirib.
Onu da qeyd edək ki, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsində Dəməşq rejiminə dəstək verən Rusiyanın Latakiyadakı Hmeymim Hava Bazasında və Tartusdakı Logistika Dəstək Mərkəzində hərbi varlığı var.
General-leytenant Nikolay Mixaylenko Çerniqovda hərbçi ailəsində doğulub boya-başa çatıb. Uşaqlıqdan hərbi karyera arzusunda olub.
Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.
Son illərdə Nikolay Nikolayeviç doğma şəhərində mühazirələr oxuyur, hərbi xidmətlə bağlı bilik və təcrübəsini gələcək zabitlərə ötürürdü. Ona kapitan 1 ali hərbi rütbəsi verilmişdir.
Günel Məlikzadə