Generalın nəticəsi qəzada öldü - FOTO
    • 26-08-2022, 22:37
    • 327

Generalın nəticəsi qəzada öldü - FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu Vahid Ərəblinski qəza nəticəsində həlak olub.

Hadisə Goranboy rayonu ərazisində baş verib.
Qeyd edək ki, qəzada həlak olan müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Zaqatalanın Aşağı Tala kəndindəndir, o, general Balakişi Ərəblinskinin nəticəsidir, subay idi.

Xatırladaq ki, Balakişi bəy Ərəblinski (1828-1902) Rusiya İmperator Ordusunun zabiti, general-leytenant olub. /Qafqazinfo/