-
- 23-10-2024, 16:05
- 411
Norovirus peyvəndi üçün ilk sınaqlar BAŞLADI
Dünyanın ilk norovirus peyvəndi, virusa qarşı böyük sağlamlıq və iqtisadi faydalar təmin edə biləcəyi ümidi ilə sınaq mərhələsinə girib.
Norovirus adətən bir neçə gün ərzində öz-özünə yox olsa da, xüsusilə yaşlılarda, immun sistemi zəif olanlarda və uşaqlarda ciddi nəticələrə səbəb ola bilər.
News24.az xəbər verir ki, Dr. Patrick Moore görə, dünyada hər il təxminən 685 milyon yoluxma və 200 min ölüm var.
İngiltərədə hər il təxminən 4 milyon xəstə var və 12 min insan xəstəxanaya yerləşdirilir.
Qeyd edək ki, yeni peyvənd Nova 301 adlı 3-cü faza klinik sınaqda sınaqdan keçirilir. İki il davam edəcək bu sınaqda 60 yaşdan yuxarı şəxslər olmaqla 25 min insan iştirak edəcək. Sınaqlar İngiltərə, Şotlandiya və Uelsdəki 27 sağlamlıq mərkəzində aparılacaq və mobil bölmələrdən də istifadə ediləcək.
Peyvənd sınaqlarında iştirakçıların yarısına yeni peyvənd, digər yarısına isə plasebo veriləcək. Peyvənd Moderna tərəfindən hazırlanmış mRNA texnologiyasına əsaslanır və COVID-19 peyvəndlərində istifadə olunan metoda bənzəyir. Bu üsulla orqanizmdə virusla mübarizə aparan antikorlar istehsal olunur.
Günel Məlikzadə